29 нояб. 2009 г.

Ürəyim döyünür...


Sevdiklərimi özümdən uzaqlaşdırıram son günlərdə. Artıq WMI-dən də çıxmışam. Ömrü boyu tək qalmaqdan qorxmuşam,amma sanki Şəhid artıq qorxularımdan bezib,məni əzab çəkməklə qorxularımı öldürməyə məcbur edir. Sevdiklərimin məni başa düşməməsi mənim üçün təəccüblü deyil. Bəlkə də çoxusu məni axmaq hesab edir. Amma Şəhid yox. Dünənki uzun mübahisəmizdə ona yalvardım ki,əl çəksin məndən. Ona dedim ki, sevdiklərim olmadan həyatım qaralar. Amma o acıqlı-acıqlı mənim üzümə baxıb dedi ki, yox, əzab çəkməyi öyrənə bilməsəm, daima qorxu və zibil içində yaşayacam. Amma onun dedikləri bəzən əksinə düşünməyi məcbur edir. Əzabların içində qovrulduqca həyata, ətrafımdakı hər şeyə olan marağımın azaldığını hiss edirəm. Uzun görünən aylardan sonra Şəhidin vəhşiləşməsi qəribə gəir mənə. Son zamanlarda telefonda qulaq asdığım əsas mahnı Xanın "Yalquzağ"ıdır. Oxuduğum kitab yenə "Yalquzaq"dır. Bəlkə də kitabın təsiridir. Əlbəttə insan faciəsindən bəhs edən kinoya baxanda gözləri dolan adamın daxili aləmdən bəhs edən kitabdan təsirlənməsi adi haldı. Amma axı kitabı hələ qurtarmamışam və bu əzablar kitabdan əvvəl başlayıb. Sadəcə daha çox əzab çəkirəm getdikcə, əvvəlki halıma qayıda bilmirəm. Bunun nə vaxt qurtaracağını da bilmirəm. Amma hələki ürəyim döyünür...

3 комментария:

Rafit комментирует...

Olan işdi qaqa...)))
bax ürəyin döyünməsi yaxşıdı, deməli ümüd var "nəyəsə"...

amir комментирует...

Sən istəsən şəhidi qaytararsan...
Axı o da sənsən

heartless_girl комментирует...

"Sadəcə daha çox əzab çəkirəm getdikcə, əvvəlki halıma qayıda bilmirəm. Bunun nə vaxt qurtaracağını da bilmirəm."
qayıtmaq mümkünsüzdü...